Sən göy qurşağısan, yağışdan sora
Görsənir o gözəl camalın sənin
Göylərin göz yaşı ilə yuyulub
Danışır rəngləri lal qismətinin.
Sən göy qurşağısan,rənglər pərisi
Səni görmək üçün közərənə bax,
Yanır,odlar içindədi səsi, nəfəsi,
Sənin həsrətinlə qurbdən qabaq.
Sən göy qurşağısan, sənin qismətin
Göylər ağlıyannan sora açılır,
Damcılar süzülür səmadan yerə,
Üzünün nuruna güllər açılır.